İslam İnqilabının Rəhbəri:
Hər bir xarici məhsulun istehlakı bir iranlı fəhlənin işsiz qalması deməkdir
2010/09/07 - 21:31
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra müxtəlif istehsalat, sənaye, mədən, aqrar və səhiyyə sferalarında fəaliyyət göstərən yüzlərlə sahibkar və iş adamı ilə görüşündə sahibkarlığı “özünəməxsus ibadət, cəmiyyətdə dəyərlərin formalaşmasına təsir göstərən amil” adlandıraraq əlavə etdi: “Bu gün böyük İran ölkəsinin tərəqqi, quruculuq və iftixar səmasında sürətlə uçan qartal kimi zirvələrə ucalmaq üçün məşğulluğa və sahibkarlıq fəaliyyətinə hər zaman olduğundan daha çox ehtiyacı var”.